Əməkdar artist Tünzalə Ağayeva rus dilində ifa etdiyi "Не бойся" adlı mahnısına çəkdirdiyi klipin tizerini yayımlayıb.
Mahnının sözləri Leyla Əliyevaya, musiqisi ilə sənətçinin özünə məxsusdur. Ekran işinin rejissorluğunu Ali Farhad edib.
Müğənni yeni işi ilə bağlı bu sözləri deyib:
"Yazdığım "Не бойся"mahnım repertuarımda rus dilində oxuyacağım ilk mahnıdır, həyəcanlıyam. Sevgili Leyla Əliyevanı geniş ictimai fəaliyyətinin içində özüm üçün şairə kimi kəşf etdim (bəlkə də gec qalmışam), onun zəngin mənəvi dünyası mənə bu musiqini yazdırdı. Fəxrimiz, gözəlimiz, Leyla Xanım, Sizə Sənət həssaslığınıza görə ayrıca təşəkkür edirəm, Sizi Sevirəm! İnanıram ki, mahnını dinləyənlər ordakı işıqlı müsbət impulsları mütləq alacaqlar".
Tünzalə Leyla Əliyevanın sözlərinə mahnı yazdı - VİDEO
Kateqoriya məlum deyil






