Logo

Finala bir addım qalmış “Maşın”dan getdi

Finala bir addım qalmış “Maşın”dan getdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Maşın” realiti-şounun bu gün daha bir buraxılışı yayımlanıb.

Sfera.az-ın məlumatına görə, iştirakçılar bu dəfə rejissor Aqil M. Quliyevin şəklini atıblar. 

Veriliş başlayandan ikinci dəfə tribunaya çıxan rejissor səs topladığı təqdirdə oyundan ya rəqqasə Oksana Rəsulovanı, ya da aktyor İslam Mehrəliyevi çıxaracağını bildirib. 

Daha sonra isə Aqil hədəfinin konkret Oksana olduğunu vurğulayıb.

Sonda tamaşaçıların səsverməsi ilə 49,39 faiz toplayan rejissor özü şoudan gedib. 

Hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov və rəqqasə Oksana Rəsulova davam etdirir.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR