Acun Ilıcalı gənc qalmasının sirrini açıqladı

Acun Ilıcalı gənc qalmasının sirrini açıqladı
Kateqoriya məlum deyil
T

Məşhur televiziya aparıcısı, prodüser və iş adamı Acun Ilıcalı gənc və dinamik görünüşünün sirrini açıqlayıb.

Sfera.az xəbər verir ki, Acun Ilıcalı Fatih Altaylının “YouTube” kanalında yayımlanan “Pazar Sohbeti” proqramının qonağı olub və veriliş zamanı Ilıcalı media karyerası, “Fenerbahçe”dəki idarəçilik fəaliyyəti, “Hull City” klubunun sahibi olması, Aziz Yıldırımla gənclik illərində qarşılaşdığı çətinliklər və şəxsi həyat tərzi barədə danışıb.

Fatih Altaylının “Heç qocalmırsan” sözlərinə cavab verən Ilıcalı dərisini və bədənini necə qoruduğundan danışıb.

O, spirtli içki və siqaretdən istifadə etmədiyini bildirib:

“İçki içmirəm, siqaret çəkmirəm”.

Televiziya xadimi yeganə pis vərdişinin isə qazlı içkilər olduğunu etiraf edib.

Acun Ilıcalının siqaret və alkoqoldan uzaq durması yeni məlumat deyil. O, əvvəlki illərdə də mediaya verdiyi açıqlamalarda sağlam həyat tərzinə üstünlük verdiyini bildirib.

Uzun illərdir televiziya və biznes dünyasında aktiv fəaliyyət göstərən Ilıcalının görünüşü də zaman-zaman sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Onun proqramdakı açıqlamaları isə qısa müddətdə sosial mediada geniş yayılıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR