Cem Yılmazın son görüntüsü təəccübləndirdi – FOTO

Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz xarici görünüşündə etdiyi dəyişikliklə yenidən gündəmə gəlib.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi həyatı və sərt açıqlamaları ilə də tez-tez gündəmə gələn komediya aktyoru bu dəfə isə tamamilə fərqli imiclə kameralar qarşısına çıxıb.
Uzun müddətdən sonra “GORA 4 GORA” filmi ilə yenidən ekranlara qayıtmağa hazırlaşan Cem Yılmaz saqqalını tamamilə qırxaraq üzünü təmizləyib, saçlarını da boyadıb.
Aktyorun yeni imicinin “GORA 4 GORA” filminin hazırlıq prosesi ilə əlaqəli olduğu iddia edilib.
Cem Yılmazın qatıldığı tədbirdən yayılan görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Onun xarici görünüşündəki dəyişikliklə yanaşı, xeyli çəki itirməsi də diqqətdən yayınmayıb.
Bəsti Rəfizadə








