Avstraliyada bu mahnılara məhdudiyyət qoyuldu

Avstraliyada tamamilə süni intellektlə hazırlanmış mahnıların ölkənin musiqi hit-paradlarını idarə edən Avstraliya Səsyazma Sənayesi Assosiasiyasının (ARIA) siyahılarına daxil edilməsinə qadağa qoyulub.
Sfera.az xəbər verir ki, ARIA süni intellektlə hazırlanan mahnılarla bağlı yeni qaydaların tətbiq ediləcəyini açıqlayıb.
Yeni qaydalara əsasən, 28 avqustdan etibarən tamamilə süni intellekt vasitəsilə hazırlanmış mahnılar ARIA-nın musiqi siyahılarına daxil edilə bilməyəcək.
Bununla belə, əsas hissəsi insanlar tərəfindən hazırlanan, lakin səsyazma zamanı süni intellektdən müəyyən məqsədlərlə istifadə edilən mahnıların siyahılara daxil olmasına icazə veriləcək.
ARIA rəhbərlərindən Annabelle Herd bildirib ki, sənətçilər artıq müxtəlif süni intellekt alətlərindən istifadə edirlər. Onun sözlərinə görə, mahnının tamamilə süni intellekt tərəfindən hazırlanması fərqli məsələdir.
Herdin deyib ki, yeni qaydalar Avstraliyada musiqiçilər üçün daha aydın çərçivə yaradacaq. O, digər musiqi təşkilatlarını da sənətçilərin yaradıcılığını qorumağa və qaydalarında oxşar dəyişikliklər etməyə çağırıb.
Bu qərarın qəbul edilməsinə səbəb isə süni intellektlə hazırlanmış bir mahnının Avstraliya radiolarında ən çox səsləndirilən mahnıya çevrilməsi və iyul ayında ARIA-nın iki fərqli musiqi siyahısında 4-cü pilləyə yüksəlməsi olub.
İradə Elsevər






