"Şakira, Hadise və Ancelina Coliyə bənzəyirəm" - Video

Kateqoriya məlum deyil
T
Müğənni Elşad Qarayevin yenicə müğənnilik fəaliyyətinə başlayan qızı qatıldığı "Xəzər axşamı" verilişində maraqlı açıqlaması ilə diqqət çəkib.
Sfera.az xəbər verir ki,gənc ifaçı görünüşünün müxtəlif məşhurlara bənzədildiyini bildirib. Onun sözləri studiyada da maraqla qarşılanıb.
"Hami məni Şakiraya bənzədir. Saçlarımı buranda Şakirayam, açdıranda Hadisəyəm, yığanda da Ancelina Coliyə oxşayıram", - deyə o bildirib.
Gənc müğənninin bu açıqlaması sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Onun özünü məşhur simalarla müqayisə etməsi ilə bağlı müxtəlif fikirlər qeyd olunub.






