Aktrisalığa qayıda bilər

Aktrisalığa qayıda bilər
Kateqoriya məlum deyil
T

Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl yenidən aktrisa karyerasına qayıtmağı nəzərdən keçirir.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “CNN” yayıb.

Bildirilib ki, Sasseks hersoginyası Qay Riçinin “Centlmenlər” serialının üçüncü mövsümündə iştirakla bağlı danışıqlar aparır.

Bununla belə, məsələ ilə bağlı yekun razılığın olmadığı qeyd edilib.

Sözügedən serialın ikinci mövsümü “Netflix” platformasında sentyabrın 3-də yayımlanacaq.

Xatırladaq ki, 45 yaşlı amerikalı M.Markl 2018-ci ildə şahzadə Harri ilə ailə qurduqda aktrisalıq karyerasına son qoyduğunu açıqlamışdı.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR