Madonna 68 yaşını qeyd edib - FOTOLAR
Pop ulduzu Madonna 68-ci doğum gününü Yunanıstanda qeyd edib və altı övladından beşi ilə nadir ailə fotosunu paylaşıb.
Sfera.az xəbər verir ki, müğənni bayram görüntülərini sosial şəbəkə hesabında yayımlayıb.
Fotolarda Madonna 29 yaşlı qızı Lurdəs Leon, 20 yaşlı Mersi Ceyms, 13 yaşlı əkizləri Stella və Ester, həmçinin 26 yaşlı oğlu Roko Riçi ilə birlikdə poz verib. Onun 20 yaşlı övladlığa götürdüyü oğlu Devid Banda isə fotolarda yer almayıb.
Madonnanın 30 yaşlı sevgilisi Akım Morris də ailəvi tədbirə qatılıb.
Ailə mərasimi üçün Madonna “Dolce & Gabbana”nın dəbdəbəli çiçək başlığı ilə tamamladığı gözqamaşdırıcı libas seçib. Daha sonra müğənni qızılı zəncirlərlə bəzədilmiş yarı şəffaf ağ libas geyinib. O, obrazını şal və günəş çətiri ilə tamamlayıb.
“Bu, mənim doğum günümdür. Yeyin, dua edin, sevin, için, rəqs edin, boşqabları sındırın, pişikləri bəsləyin. Allaha şükür”, – deyə Madonna paylaşdığı fotoların altında yazıb.
İnci
Sfera.az









