Şöhrətin əvəzini çox ağır ödəyən məşhurlar (SİYAHI/FOTOLAR)

Şöhrətin əvəzini çox ağır ödəyən məşhurlar (SİYAHI/FOTOLAR)

Dünya məşhurlarının həyatı kənardan baxılanda nağıl kimi görünür. Tükənməyən pul, saray kimi malikanələr və dəbdəbəli həyat tərzi və s. Bəs bu qapalı qapıların ardında nələr var? Həmin məşhurlar bu günlərə hansı yollardan keçərək gəliblər?

Cudit Eva Barsi


1978-ci ildə doğulan Cudit Barsi 5 yaşında ikən aktrisalıq karyerasına başlayıb. Aktrisalıq fəaliyyəti boyunca 70-də artıq reklam və bəzi çəkimlərdə rol alıb. Bu kiçik qızın hesabına bir növ ailəsinin də həyatı xilas olub. Cudit dördüncü sinifə keçəndə müqavilələrə görə onun 100 min dolları var idi. Ailəsi bu pulla Kaliforniyada yeni bir ev alır. 

O, daha çox məşhurlaşdıqca atası Cozef içkiyə qurşanır və Cuditə qarşı rəftarı sərtləşir. Hətta bir dəfə bıçaqla onun boğazını kəsməyə çalışır. Cozef Cudetə və anası Mariyaya əziyyət etdiyi üçün qadın qızını da götürüb başqa bir binaya köçmək məcburiyyətində qalır. Ana və qızı 1987-ci ildə "Cavs 4" filminin çəkilişləri üçün xaricə getdikdə Cozef onlara zəng etdir və geri dönməsələr Cuditi öldürəcəyini deyir. Bu hadisədən sonra balaca qız psixoloji travma alır. 

Cozef 1988-ci ilin 25 iyulunda Cudit yatarkən onun otağına girib başına zərbə endirərək onu, daha sonra isə arvadını öldürür. Cəsədləri evin qarajında yağ tökərək evlə birgə yandıran cani sonra intihar edir. Qonşuları hadisədən 4 gün sonra Barsi ailəsinin öldüyünü anlayır.

Mişel Uilyams və Hit Ledcer


"Qozbel dağ" filminin çəkilişləri zamanı bir-birlərinə aşiq olan ikili bu münasibətlərini bir müddət mətbuatdan gizli saxlayırlar. Sonda Uilyams Ledcerlə sevgili olduqlarını və yaxında bir övladlarının olacağını açıqlayır. 

Ailə quran cütlük çox mehriban və xoşbəxt görünürdülər, lakin 2006-cı ildə münasibətlər birdən-birə dəyişir. Ledcerin narkotik aludəçiliyi, sürtəli həyat tərzi səbəbindən ər-arvad yollarını ayırır. Boşansalar belə bir-birlərini sevən cütlük qızları Matilda dünyaya gəldikdən sonra övladlarının xətrinə dost qalırlar. 

2008-ci ildə Uilyamsa pis xəbər verilir. Belə ki, Ledcer evində ölü olaraq tapılır. Bu hadisədən sonra Mişel uzun zaman yas saxlayır və həyatına heç kimi daxil etmir.

Liam Nison


Məşhur aktyor həyatda ən çox sevdiyi adamı, həyat yoldaşı Nataşa Riçardsonı heç gözlənilmədən itirir. Ailəvi şəkildə Kanadaya getdikləri tətillərinin son tətilləri olacağını düşünməzdilər. Nataşa xizəklə sürüşərkən qəza keçirərək ağır şəkildə yaralanır. Müalicə üçün ABŞ-a aparılsa da, dəyişən heç nə olmur. Nisonunun yoldaşı, məşhur aktrisa Vanessa Reqreyv və rejissor Toni Riçardsonun qızı Nataşa 45 yaşında həyatla vidalaşır. Aktyorun həyat yoldaşını basdırdığı gün qaynanası ilə məzarlıqda çəkilən fotosu bütün pərəstişkarlarını kövrəldir. Nison həyatına iki oğlu, Daniel və Mayklla davam edir.

Petra Nemçova


Model Petra Nemçova üçün 26 dekabr 2004-cü il unutmayacağı bir tarixdir. O, həmin gün sevgilisi Simon Atli ilə birlikdə əvvəcə zəlzələ, ardınca isə sunaminin yerlə bir etdiyi Taylandda idi. Model tarixin ən ölümcül fəlakətini yaşayır. Dalğa sevgilisini onun əlindən alır, Nemçovaya səslənən Simon sular altında qalır və həyatını itirir. O, da eyni taleyi yaşayacaqdı ki, sonra bir palma ağacından yapışaraq həyatda qalmağı bacarır və xilas edilənə qədər 8 saat suda qalır. Bu fəlakət nəticəsində 200 mindən çox insan ölür.

Kianu Rivz


Hollivudun ən populyar aktyorlarından olan Kianu Rivzin gözlərindəki kədərin səbəbi hər kəs üçün maraqlıdır. O baxışlara səbəb aktyorun ard-arda yaşadığı itkilərdir. Bunlar içərisində ona bəlkə də ən ağır təsir edən övladının 8 aylığında olarkən ana bətnində ölməsi və sevgilisinin avtomobil qəzasında həyatını itirməsi olub. 

2001-ci ildə Hollivudda baş verən qəzada 28 yaşlı sevgilisi avtomobilin şüşəsindən yolun ortasına düşərək dünyasını dəyişir. Həmin vaxt "Matriks 2" filminin çəkilişləriə hazırlaşan aktyor bu xəbərlə sarsılır.

O, illər sonra verdiyi müsahibələrinin birində o anlarını xatırlayaraq belə deyir: "Onların həyatının bir parçası olmaq üçün darıxıram. Onlarında mənim həyatımın bir parçası olmasından ötrü də. Əgər onlarla birlikdə olsaydım, hər şey necə olardı deyə düşünürəm. Bir daha təkrarlanmayacaq şeylər üçün darıxıram".

Opra Uinfri


Opra Uinfri bu gün televiziya sahəsində ən məşhur və ən varlı qadınlardan biridir. Amma o, həyata belə başlamayıb. Uinfri Misisipidə kasıb bir ailədə doğulur. Onu nənəsi böyüdür və o zaman nənəsindən şiddət gördüyünü heç zaman gizlətmir. Uinfri açıqlamalarının birində "Nənəm məni qamçı ilə döyərdi, elə pis vurardı ki, bədənimdən qanlar axmağa başlardı. Bəzən bazar günləri kilsəyə gedəndə bu qan paltarıma da keçərdi. Nənəm isə paltarımı kirlətdiyim üçün əsəbiləşər və yenə döyərdi" deyib. 

Onun ailə dramı bununla bitmir. 10-14 yaşlarında olarkən təcavüzə məruz qalan qız hamilə qalır. Uşağı dünyaya gətirən Uinfri onun gücsüz olduğundan həyatda qalmadığını, lakin o əziyyəti görməsəydi bugünkü həyatının da olmayacağını bildirir.

Şanayya Tveyn


O, bu günün ən məşhur müğənnilərindən birirdir. Rahat bir həyatı olsa da, onun da uşaqlığı çox ağır keçib. Tveyn elə bir yoxsulluq içərisində böyüyür ki, bəzən yemək belə tapmadığını deyir. 22 yaşında olarkən valideynlərini avtomobil qəzasında itirən müğənnini yoxsulluqdan da pis günlər gözləyir. Belə ki, 14 illik həyat yoldaşı onu ən yaxın rəfiqəsi ilə aldadır. Həyat yoldaşından boşanan müğənni ərini əlindən alan rəfiqəsinin keçmiş həyat yoldaşı ilə ailə qurur.


OXŞAR XƏBƏRLƏR