Azərbaycanda mağaza sahibi müştərini ürəyindən bıçaqladı

Azərbaycanda mağaza sahibi müştərini ürəyindən bıçaqladı
Kateqoriya məlum deyil
T

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən geyim mağazalarından birində qeydə alınıb.

İlkin məlumatlara əsasən, mağaza sahiblərindən biri ilə müştəri arasında mübahisə düşüb. Qısa zamanda böyüyən münaqişə qanlı sonluqla bitib. Belə ki, mağaza sahibi Rəşad Hacıyev 1991-ci il təvəllüdlü Babək Hüseynova ürək nahiyəsindən bıçaq zərbəsi vurub.

Yaralı təcili olaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb./qafqazinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR