Azərbaycanlı model ilk sevgilisi ilə evlilik proqramında görüşdü - Video

Azərbaycanlı model ilk sevgilisi ilə evlilik proqramında görüşdü - Video

"Star TV”də yayımlanan "Zuhal Topalla” izdivaç verilişində bəy namizədi olan azərbaycanlı model Əli Əkbər illər sonra canlı efirdə ilk sevdiyi xanımla görüşüb.

Sfera.az xəbər verir ki, bir müddət öncə proqramda ilk sevgisini unutmadığını etiraf edən Əli Nurlana qarşısında həyəcanını gizlədə bilməyib. O, Nurlana ilə münasibətlərindən bəhs edib:

"Onunla model kastinqlərinin birində tanış olmuşduq. O zaman Nurlananın 18 yaşı vardı. 2 il bərabər olduq. Mənim maddi gücüm yox idi, Nurlana isə münasibətlərimizi rəsmiləşdirmək istəyirdi. Onun üçün ondan ayrıldım. Ətrafımda maddiyyata görə əziyyət çəkən cütlüklər çoxdur. Onları sevgilimə yaşatmaq istəmədim. Onun mənə qarşı heç vaxt pis hərəkəti olmayıb. Geyimini, oturub- durmasını, danışığını bilib. Ondan ayrıldığım üçün peşmanamş Çünki onun kimi qadın tapmadım”.

Nurlana isə Əliyə qarşı əsəbi olduğunu bildirib: "Buraya niyə gəldiyimi bilmirəm. O mənim adımı çəkən kimi düşünmədən zəng etdim. Gəlsəm də, Əliyə qarşı əsəbiyəm, onu bağışlamamışam. Kaş ki, o zaman mənə səbəb deyəydi. Mənə heç nə demədən çıxıb getdi. Depressiyaya düşdüm. Onu ilk burada kiməsə aşiq olub çıxdığını görəndə çox pis oldum”.

Daha sonra Nurlana ağlamağa başlayıb. Cütlük ilk dəfə bir-birini görəndə qucaqlaşaraq duyğusal anlar yaşayıb.

Əli Nurlananın həyatının qadını olduğunu və onunla evlənmək istədiyini deyib.

Qeyd edək ki, azərbaycanlı model ilk dəfə proqramda Naz adlı iştirakçıya elçi düşüb.


Musavat.com


OXŞAR XƏBƏRLƏR

Əsir götürülmüş şəxslər məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

“Qarabağ” daha bir transferini açıqladı

“Qarabağ” növbəti transferini reallaşdırıb.    Sfera.azz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.  ...

Şahin Şıxlinski axtarışa verildi

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib.   Sfera.az xəbər verir ki, Ş.Şıxlinski bir gün əvvəl ...

Ağalar Vəliyev onları mükafatlandırdı - FOTO

Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Xaçmaz rayonunda qabaqcıl müəllimlərin, əlaçı şagirdlərin, şəhid və qazi ailələrinin m...

Bakıda bəzi ərazilərdə su təchizatında çətinliklər müşahidə olunur - RƏSMİ

Bakının Suraxanı rayonu, Əliheydər Qarayev küçəsində (M.Seyidzadə) su təchizatında təzyiqlə bağlı müvəqqəti çətinliklər müşahidə olunur.   Sfera.az&n...

Şüvəlanda dənizdə bir nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə ...