Azərbaycanlı aktyor ona böyrəyini verənin kimliyini açıqladı - fotolar

Azərbaycanlı aktyor ona böyrəyini verənin kimliyini açıqladı - fotolar
Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimovun ötən gün 38 yaşı tamam olub.

Axşam.az xəbər verir ki, bu münasibətlə o, əməliyyatdan sonra ilk dəfə səhnəyə çıxıb.

"Zəng” adlı mono tamaşada aktyoru həmkarları, ictimai xadimlər, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri də tək buraxmayıb. 

Tamaşa bitdikdən sonra Rəhim ona 5 ay öncə həm maddi, həm də mənəvi dəstək olan hər kəsə təşəkkürünü bildirib. Aktyor ilk dəfə ona böyrəyini verən şəxsin kimliyini də açıqlayıb:

"5 ay öncə mənə böyrəyini verən xanım qardaşımın yoldaşı, Pərvanə Rəhimova olub. Düzdür, o, bunu söyləməyimi istəmir, amma mən ona nə vaxtsa təşəkkürümü bildirməli idim. O da bu gündür. Məni yenidən həyata qaytardığın üçün, çox sağ ol”.

Daha sonra səhnəyə tamaşanın rejissoru və müəllifi Qurban Məsimov, teatrın rəhbəri Rəşad Əhmədzadə çıxaraq, aktyoru doğum günü və səhnəyə qayıdışı münasibəti ilə təbrik ediblər. R.Əhmədzadə uzun illərdir otağında saxladığı "Cırtdan” kuklasını R.Rəhimova hədiyyə edib.

Qeyd edək ki, R. Rəhimov 1979-cu ildə Bakıda anadan olub. 1997-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışır. O, uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. Bu ilin yanvarında aktyora yeni böyrək köçürülüb.
 











OXŞAR XƏBƏRLƏR

BƏƏ aviaşirkəti Bakıya ilk dəfə uçuşlar təşkil edəcək

“Etihad Airways” aviaşirkəti ilk dəfə Əbu-Dabi-Bakı-Əbu-Dabi reysi üzrə uçuşlara başlayır.   Sfera.az aviaşirkətin rəsmi saytına istinadə...

Əsir götürülmüş şəxslər məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

“Qarabağ” daha bir transferini açıqladı

“Qarabağ” növbəti transferini reallaşdırıb.    Sfera.azz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.  ...

Şahin Şıxlinski axtarışa verildi

Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib.   Sfera.az xəbər verir ki, Ş.Şıxlinski bir gün əvvəl ...

Ağalar Vəliyev onları mükafatlandırdı - FOTO

Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Xaçmaz rayonunda qabaqcıl müəllimlərin, əlaçı şagirdlərin, şəhid və qazi ailələrinin m...

Bakıda bəzi ərazilərdə su təchizatında çətinliklər müşahidə olunur - RƏSMİ

Bakının Suraxanı rayonu, Əliheydər Qarayev küçəsində (M.Seyidzadə) su təchizatında təzyiqlə bağlı müvəqqəti çətinliklər müşahidə olunur.   Sfera.az&n...