Yıldız Tilbedən 60 yaş etirafı: “Bitən ömrü niyə qeyd edim?”

Türkiyənin tanınmış sənətçisi Yıldız Tilbe Bursada baş tutan konserti zamanı gözlənilməz ad günü sürprizi ilə qarşılaşıb. 60 yaşını qeyd edən sənətçi doğum günləri ilə bağlı fikirlərini bölüşərək diqqət çəkən açıqlamalar verib.
Sfera.az xəbər verir ki, səhnəyə çıxan Yıldız Tilbe gecə boyunca repertuarında yer alan məşhur mahnılarını ifa edib və tamaşaçılara musiqi dolu anlar yaşadıb.
Konsertin sonunda isə iş adamı İbrahim Sayın tərəfindən sənətçiyə xüsusi sürpriz hazırlanıb. Tilbenin 60 yaşı böyük tort və vizual nümayişlə qeyd olunub.
Sürprizdən sonra çıxış edən müğənni doğum gününü qeyd etməyi o qədər də mənalı hesab etmədiyini bildirib. O, “Doğum gününü qeyd etmək mənə çox mənasız gəlir. Bitən 60 ilin neyini qeyd edəcəyəm? 70 yaşım olacaqmı? Bitən bir şeyin qeyd olunması mənə qəribə gəlir. Amma təşəkkür edirəm. İbrahim, sən mənim canımsan”, - deyə bildirib.
Yıldız Tilbe çıxışında hər kəsə sağlamlıq və rahatlıq arzuladığını da vurğulayıb. Sənətçi 60 yaşdan həyata baxışla 18 yaşındakı baxışın tamamilə fərqli olduğunu qeyd edib.
Gecənin sonunda Yıldız Tilbe səhnədə sevilən mahnılarını ifa etməyə davam edib və konsertə qatılanlara yaddaqalan gecə yaşadıb.
Mənsumə
