Mahsun Kırmızıgüldən keçmiş dostu Haluk Leventə sərt reaksiya

Mahsun Kırmızıgüldən keçmiş dostu Haluk Leventə sərt reaksiya
Kateqoriya məlum deyil
T

Məşhur müğənni və rejissor Mahsun Kırmızıgül Ahbap Dərnəyi ilə bağlı istintaq çərçivəsində saxlanıldığı bildirilən keçmiş dostu Haluk Levent haqqında diqqətçəkən paylaşım edib.

Sfera.az xəbər verir ki, 90-cı illərdən bəri Haluk Leventlə dost olduğunu bildirən Kırmızıgül onun keçmişdə də borc və qumar vərdişləri səbəbilə ciddi problemlər yaşadığını xatırladıb. Sənətçi həmin dövrdə Leventin borclarını ödəməsinə kömək etdiyini və onun yenidən ayağa qalxması üçün əlindən gələni etdiyini qeyd edib.

Kırmızıgül daha sonra Leventin Ahbap Dərnəyi vasitəsilə ehtiyacı olan insanlara yardım etdiyini və xüsusilə zəlzələ fəlakətindən sonra milyonlarla insanın ona güvəndiyini vurğulayıb. O, Leventin cəmiyyət tərəfindən böyük hörmət və etimad qazandığını, buna görə də onun yenidən pis vərdişlərə qayıtmasını qəbul edə bilmədiyini bildirib.

Sənətçi paylaşımında keçmiş dostuna sərt şəkildə müraciət edərək yazıb:

“Bu qədər sevgi, etibar və əməyin qarşılığında buna həqiqətən dəyərdimi? Sənə inanan, səni sevən insanlar da bu hadisələrdən dərindən yaralandı. Mən bu gün ən çox səni deyil qızını düşünürəm. Çünki bir övlad atasının çiyinlərində güvən hissini öyrənir.”

Kırmızıgül paylaşımını bu sözlərlə yekunlaşdırıb:

“İçimdə cavabını tapa bilmədiyim tək bir sual qaldı… Həqiqətən dəydimi, Haluk?”

Mənsumə

Sfera.az

PAYLAŞ