"Teatrlara gənc aktyorlar dəvət etsinlər"

"Teatrlara gənc aktyorlar dəvət etsinlər"
Kateqoriya məlum deyil
T

Aktyor Fərda Xudaverdiyev teatrlara gənclərin və sosial şəbəkədə tanınan simaların cəlb olunması ilə bağlı fikirlərini bölüşüb.

Sfera.az xəbər verir ki, sənətçi bu barədə "Mədəni şou" proqramında danışıb. Veriliş zamanı teatrlarda gənc aktyorların olmaması müzakirə edilib və "Niyə teatra gənc aktyorlar dəvət olunmur" sualı ünvanlanıb.

F.Xudaverdiyev bildirib ki, məqsəd peşəkar aktyorları əvəzləmək deyil, tamaşalara marağı artırmaqdır:

"Rəng qatmaq naminə, peşəkar hiss etməsələr belə, sosial şəbəkədə məşhurlaşan insanları peşəkar aktyorlarla bir araya toplasınlar. Hərdən onları teatra dəvət etsinlər. Həftədə bir dəfə bir tamaşada oynamağa icazə versələr, teatrlarımıza rəng qatmaq olar. Demirəm ki, bu, onlara dəstək məqsədi daşıyır, sadəcə rəng qatmaq üçündür".

Aktyor əlavə edib ki, aktyorluq hər kəsin bacara biləcəyi və ya zorla mənimsədilə biləcək peşə deyil:

"Aktyorluq zorla yeridiləcək peşə deyil". \\axsam.az

PAYLAŞ