"1500 manatımı qaytar" - Hüseyndən Zaura

"1500 manatımı qaytar" - Hüseyndən Zaura
Kateqoriya məlum deyil
T

Aparıcı Zaur Kamal oğlu Bartunun adından dələduzluq edildiyini açıqlayıb.

Sfera.az xəbər verir ki, aparıcı sosial şəbəkədə övladının adından tanınmış şəxslərə mesajlar göndərilərək pul istənildiyini bildirib.

Zaurun paylaşımına klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu da maraqlı şərh yazıb. O, 1500 manat göndərdiyini qeyd edib.

"Pulumu qaytar, 1500 manat göndərmişəm" deyə, Hüseyn şərhində yazıb. O, daha sonra bunun zarafat olmadığını, gerçəkdən pul göndərdiyini bildirib.

Qeyd edək ki, Zaur Kamal izləyicilərini və tanışlarını oğlunun adından göndərilən mesajlara inanmamağa çağırıb. O, bunun üçün polisə şikayət etdiyini açıqlayıb. \\axsam.az

PAYLAŞ