Flora Kərimovanın son durumu açıqlandı

Flora Kərimovanın son durumu açıqlandı
Kateqoriya məlum deyil
T

Xalq artisti Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir.

Sfera.az bildirir ki, bu sözləri Teleqraf-a açıqlamasında Flora Kərimovanın köməkçisi Yaqut İmanova deyib.

“Flora Kərimovanın səhhəti yaxşıdır. Müalicəsi ev şəraitində davam edir. Hər 10 gündən bir həkim müayinəsindən keçir”, – deyə Y.İmanova əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl Flora Kərimova xəstəxanaya yerləşdirilmişdi. Onun müalicəsilə bağlı məsələlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülmüşdü.

PAYLAŞ