Məhəbbət 50 il də yaşaya bilər – FOTOLAR
Kateqoriya məlum deyil
"Yeşil Cam” filmlərinin sevilən qəhrəmanı Cüneyt Arkın sübut edib ki, əsl məhəbbətin ömrü məşhur əsərdə deyildiyi kimi 3 il yox, əbədidir!
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cüneyt Arkın Analar Günündə həyat yoldaşı Betül Arkınla evliliklərinin 50 illiyini qeyd edib. Məşhur cütlük dostlarını və uşaqlarını ətrafına toplayaraq xüsusi ziyafət təşkil edib. Cüneyt Arkın yeməkdən əvvəl romantik çıxış edib: "İki il xəstə yatdım, həyat yoldaşım yanımdan ayrılmadı. Analıq müqəddəs bir vəzifədir. Bütün anaları minnətdarlıqla xatırlayıram. Onların əllərini, ayaqlarını öpürəm".
Daha sonra isə aktyor xanımının yanağından öpüb.
Ustad aktyor həyat yoldaşı Betül Arkınla 1968-ci ildə tanış olub və elə həmin il ailə qurub.






