Berk Oktaydan həyat yoldaşına romantik paylaşım

Berk Oktaydan həyat yoldaşına romantik paylaşım
Kateqoriya məlum deyil
T

Türkiyənin tanınmış aktyoru Berk Oktay həyat yoldaşı aktrisa Yıldız Çağrı Atiksoya etdiyi romantik paylaşımı ilə diqqət çəkib.

Sfera.az xəbər verir ki, aktyor sosial media hesabında həyat yoldaşı ilə birlikdə çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Berk Oktay paylaşımına heç bir qeyd yazmayıb yalnız ağ ürək emojisi əlavə edərək sevgisini ifadə edib.

Qısa müddətdə minlərlə bəyənmə və şərh toplayan paylaşım cütlüyün pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb. İzləyicilər onlara xoşbəxtlik arzulayan çoxsaylı rəylər yazıblar.

Qeyd edək ki, uzun müddət münasibətdə olan Berk Oktay və Yıldız Çağrı Atiksoy 10 sentyabr 2022-ci ildə keçirilən mərasimlə ailə həyatı qurublar. Cütlük 21 may 2024-cü ildə dünyaya gələn qızları Mira Milena ilə ilk dəfə valideyn olmağın sevincini yaşayıb.

Həm şəxsi həyatları, həm də rol aldıqları layihələrlə tez-tez gündəmə gələn məşhur cütlük sosial mediada aktivliyi ilə də seçilir. Berk Oktayın son romantik paylaşımı da onların xoşbəxt ailə münasibətlərini bir daha gündəmə gətirib.

Mənsumə

Sfera.az

PAYLAŞ