"Ərim var ki, gizlədim də"

Müğənni Sevda Sanəliyeva şəxsi həyatı ilə bağlı sualları cavablandırıb.
Sfera.az xəbər verir ki, sosial şəbəkədə canlı yayım açan sənətçi ailə vəziyyəti ilə bağlı ünvanlanan suallara aydınlıq gətirib.
"Həyat yoldaşım yoxdur, subayam. Deyirlər ki, ərini gizlədirsən. Ərim var ki, gizlədim də" deyə, ifaçı bildirib.
Övladlarından da danışan Sevda onların həm anası, həm də atası olduğunu vurğulayıb:
"Mən uşaqlarımın həm atası, həm də anasıyam. Onlar da mənə həm ata, həm də anadır."
Müğənni yaşı ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib:
"Mənim neçə yaşım var ki, məni Ajda Pekkanla eyni yaşda göstərirsiniz? Mən 13 yaşımdan səhnədəyəm".
Sevda Sanəliyeva keçirdiyi estetik əməliyyatdan da söz açaraq bədənşəkilləndirmə əməliyyatının nəticəsindən razı qaldığını bildirib.\\axsam.az
