"Amerikada öz hekayəmi qururam"

Aparıcı Hüsniyə Məhərrəmova ABŞ-dəki həyatı ilə bağlı paylaşım edib
Sfera.az xəbər verir ki, aparıcı bir neçə il əvvəl Amerikanı öz evi adlandıracağını heç vaxt düşünmədiyini bildirib.
"İndi isə buradayam. Hər gün yeni şeylər öyrənir, dünyanın müxtəlif mətbəxlərini dadır, futbol izləməyə başlayır və yavaş-yavaş öz kiçik Amerika hekayəmi qururam" deyə, o yazıb.
H.Məhərrəmova burada qazandığı dostlardan, gündəlik həyatın fərqli məqamlarından da söz açıb:
"Elə dostlarım var ki, artıq onlarsız həyatımı təsəvvür edə bilmirəm. Başımın üzərində uçan dələlər, qartallar, uzun müddət yaşıl işıq yanmasını gözlədiyim işıqforlar, həmin vaxt Bakıda yaşayan bütün qohumlarıma mesaj yazmağa imkan verməsi, Meksika istehsalı olan içkilərin dadı, gülümsəyən insanlar və tanımadığım şəxslərin komplimentləri həyatımın bir hissəsinə çevrilib".
Aparıcı sonda bu yolda yaşadığı hər an üçün Allaha şükür etdiyini vurğulayıb:
"Allahın məni bura gətirdiyinə, öyrəndiyim hər dərsə, qazandığım hər nemətə, hətta nə etdiyimi bilmədiyim anlara görə belə sonsuz minnətdaram".\\axsam.az

