İbrahim Tatlısəsdən sevindirici xəbər

Kateqoriya məlum deyil
T
Türkiyənin tanınmış sənətçisi İbrahim Tatlısəsin səhhəti ilə bağlı müsbət yeniliklər var.
Sfera.az xəbər verir ki, Ankara Bilkent şəhər xəstəxanasında müalicəsini davam etdirən sənətçinin xəstəxananın bağçasında çəkilmiş yeni fotosu paylaşılıb. Fotoda Tatlısəsin şən əhval-ruhiyyədə və özünü yaxşı hiss etdiyi görünür.
Əməliyyatdan sonra planlı reabilitasiya və fizioterapiya proqramına cəlb olunan sənətçinin müalicəsinin uğurla davam etdiyi, səhhətinin qənaətbəxş olduğu bildirilir.

Müalicə müddətində İbrahim Tatlısəsi dövlət rəsmiləri və yaxın dostları da ziyarət edərək ona mənəvi dəstək göstərirlər.
Sənətçinin xəstəxanadan nə vaxt evə buraxılacağı ilə bağlı isə hələlik rəsmi açıqlama verilməyib.
Mənsumə
