Acun Ilıcalıdan həyat yoldaşına romantik doğum günü paylaşımı

Türkiyəli televiziya aparıcısı və media rəhbəri Acun Ilıcalı həyat yoldaşı Ayça Çağla Altunkayanın 27-ci doğum günü münasibətilə sosial media hesabında paylaşım edib.
Sfera.az xəbər verir ki, şəxsi həyatlarını ictimaiyyətin diqqətindən kənarda saxlamağa üstünlük verən cütlük bu dəfə səmimi paylaşımları ilə gündəmə gəlib. 2024-cü il sentyabrın 4-də ailə həyatı quran Acun Ilıcalı və Ayça Çağla Altunkaya xoşbəxt anlarını izləyiciləri ilə bölüşüblər.
İlıcalı həyat yoldaşı ilə birlikdə çəkilmiş fotosunu paylaşaraq ona bu sözlərlə müraciət edib:
“Ad günün mübarək, sevgilim. Çətin keçən bir mövsümü geridə qoyduq. Bu müddətdə mənə hər zaman dəstək oldun və daim yanımda oldun. Buna görə sənə təşəkkür edirəm. Arzum odur ki, birlikdə uzun, sağlam və xoşbəxt illər keçirək”.
Paylaşım qısa müddətdə sosial şəbəkələrdə geniş maraq doğurub. Cütlüyün fotosu minlərlə bəyənmə və çoxsaylı təbrik şərhləri alıb. İzləyicilər Ayça Çağla Altunkayanı doğum günü münasibətilə təbrik edərək cütlüyə xoş arzularını çatdırıblar.
Mənsumə

