Sfera.az
Azərbaycanlı iştirakçı "İşte Benim Stilim"dən qovuldu - VİDEO
Kateqoriya məlum deyil
Azərbaycanlı iştirakçı Vəfa Əlizadə iştirak etdiyi "İşte Benim Stilim" proqramının dünənki yayımında qalmaqalla üzləşib.
Sfera.az xəbər verir ki, həmyerlimiz münsiflər heyətinin qarşısında olarkən yarışmaçıların gülməsinə əsəbiləşib. Daha sonra o, öz yerinə keçən zaman digər iştirakçı Burcu Yakasızı tərəfindən təhqir olunub.
Burcu etirazını bildirdikdən sonra münsiflər kürsüsündə əyləşən Kamal Doğulu Vəfaya xəbərdarlıq edib. Aparıcı Öykü Serter isə Vəfanın sakitləşməsi üçün studiyanı tərk etməsini istəyib. Öykü V.Əlizadənin ilk xəbərdarlığını alacağını qeyd edib.






