Aparıcı Xəyalə qəza keçirdi: "Axmaq piyadanın qurbanı oldum" - VİDEO

Tanınmış aparıcı və atlet Xəyalə Hüseynli qəza keçirib.
Sfera.az xəbər verir ki, X.Hüseynli idarə etdiyi "Mercedes" markalı avtomobili ilə idarəetməni itirərək digər avtomabilə çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmayıb. Aparıcı qəza keçirməsini yolu keçən piyada ilə əlaqələndirib və onun günahkar olduğunu bildirib.
"Kaşki belə axmaq piyadalar da məsuliyyətə cəlb olunsa ... Avtomobil qarşıda olan zirehli avtomobillə toqquşduğu üçün bu hal baş verib. Hansısa artıq sürət və ya ara məsafəsindən söhbət getmir", - deyə o, bildirib.
Qeyd edək ki, Xəyalə Hüseynli müxtəlif yerli telekanallarda gənclər və əyləncə proqramlarının aparıcısı kimi çalışıb. AzTV-də yayımlanan məşhur "Müasir Azərbaycan Gənci" (MAG) verilişinin əsas simalarından biri olmuşdur. İctimai Televiziyada (İTV) "Qayıtdı Xəyalə", "Formula I" və "7 şüşə" kimi fərqli layihələrin aparıcılığını etmişdir. O, fəaliyyətinə "ASAN TV" platformasında aparıcı olaraq davam edir.
