"Bu, nədir, nə vaxta qədər davam edəcək?"

"Bu, nədir, nə vaxta qədər davam edəcək?"
Kateqoriya məlum deyil
T

Aparıcı Aytən Səfərova son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti ilə bağlı fikirlərini bölüşüb.

Sfera.az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edərək iyunun sonlarında hökm sürən küləkli və yağışlı havanın onu

təəccübləndirdiyini bildirib. Aparıcı bildirib ki, belə hava şəraitini sonuncu dəfə 1996-cı ildə xatırlayır:

"Doğrudan elə bil havaya nəsə olub və ya biz insanlar etmişik. Sonuncu dəfə yayda belə hava 1996-cı ildə olub. İyunun ortasında belə hava ola bilərdi. Amma iyunun sonunda güclü külək və yağışla belə bir hava... Versiyalar müxtəlifdir. Bəziləri bunu siyasətlə, bəziləri iqlimə müdaxilə ilə bağlayır. Bəziləri də deyir ki, İranın ərəb ölkələrini raket atəşinə tutub və iqlimin idarə edilməsi mərkəzindən sonra baş verir. Məzuniyyətə çıxanları düşünürəm. Heç də dəniz havası deyil. Küləkdə dənizə gedənin ağlı yoxdur. Bu, nədir, nə vaxta qədər davam edəcək?".

PAYLAŞ