Tanınmış alim vəfat etdi - FOTO

Tanınmış alim vəfat etdi - FOTO
Kimya elminin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Nazil Canibəyov dünyasını dəyişib.

Sfera.az-ın report-a istinadən məlumatına görə, N.Canibəyov 75 yaşında vəfat edib.

Nazil Canibəyov 1942‐ci il sentyabrın 21‐də Bakı şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirib. 

O, 1972-ci ildə kimya üzrə fəlsəfə doktoru, 1987-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1994-cü ildə isə professor elmi adını alıb. 2007-ci ildə AMEA‐nın müxbir üzvü seçilib.

Alim əmək fəaliyyətinə 1965‐ci ildən Azərbaycan Elmlər Akademiyasının Y.Məmmədəliyev adına Neft‐Kimya Prosesləri İnstitutunda mühəndis kimi başlayıb, sonralar kiçik və böyük elmi işçi vəzifələrində çalışıb. N.Canibəyov 1986‐cı ildən indiyə kimi Neft‐Kimya Prosesləri İnstitutunda Polifunksilonal kompleksonlar və metalkompleks birləşmələr laboratoriyasının müdiri vəzifəsində çalışıb. O, 2012‐ci ildən bu elmi müəssisədə Neft‐kimya sintezi şöbəsinin müdiri idi.

N.Canibəyov 224 elmi əsərin, o cümlədən 20 müəlliflik şəhadətnaməsi və 17 patentin müəllifi idi. Onun əsərlərinin çox hissəsi xaricdə çap olunub.

Alimin rəhbərliyi ilə 1 elmlər doktoru, 6 kimya üzrə fəlsəfə doktoru hazırlanıb.

N.Canibəyov Neft‐Kimya Prosesləri İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, "Neft kimyası və neft emalı prosesləri”, "Kimya problemləri” və "Elm dünyası” jurnallarının redaksiya heyətinin üzvü idi. O, Y.Məmmədəliyev adına medal, "Avropa Nəşr Evi”nin qızıl medalı ilə təltif olunub.

Sfera.az
 



OXŞAR XƏBƏRLƏR

Sabah bu istiqamətdə avtobuslar pulsuz olacaq

İyulun 27-də Castin Timberleykin konsertinə ödənişsiz avtobuslar təşkil olunacaq.   Sfera.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazir...

İsti hava ilə bağlı şəkər xəstələrinə XƏBƏRDARLIQ! - Bu qaydalara əməl edin

İsti hava şəkərli diabet xəstələrinin sağlamlığı üçün ciddi risklər yaranır.   Sfera.az-ın məlumatına görə, rusiyalı endokrinoloq Anas Əlfərrac TASS-...

Qaxda 8 yaşlı uşağıMAŞIN VURDU

Qaxda 8 yaşlı qızı maşın vurub. Sfera.az xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Qaxın Tasmalı kəndində baş verib...

Elmi tədqiqatlarda da süni intellektdən istifadə ediləcək

Yeni araşdırmalara görə, süni intellekt artıq yalnız texniki vasitə deyil, elmi tədqiqatların bütün mərhələlərində fəal iştirak edən tərəfdaş rolunu oynamağa ba...

Pezeşkiandan Azərbaycanla bağlı çağırış

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, onun administrasiyasının xarici siyasət prioriteti qonşu ölkələrlə əlaqələri gücləndirməkdir.   Sfera.az...

Müəllim olmaq istəyən şəhid ailə üzvlərinin nəzərinə!

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə başlanılıb.   Sfera.az xəbər verir...