Təmsilçimiz “Eurovision-2017”- nin finalına çıxıb - VİDEO

Təmsilçimiz “Eurovision-2017”- nin finalına çıxıb - VİDEO

Təmsilçimiz Diana Hacıyeva (Dihaj) "Eurovision-2017” mahnı müsabiqəsinin finalına vəsiqə qazanıb. Ukraynanın paytaxtı Kiyevdəki Beynəlxalq Sərgi Mərkəzində keçirilən "Eurovision-2017” mahnı müsabiqəsinin birinci yarımfinalında Diana Hacıyeva İsa Məlikovun və Sandra Byormanın müəllifi olduqları "Skeletons” mahnısını ifa edib.

Təmsilçimiz geyimindən tutmuş səhnə tərtibatına qədər mükəmməl performans nümayiş etdirib. Həzin səsi, gözəl ifa tərzi ilə seçilən Dihaj "Eurovision-2017” mahnı müsabiqəsinin favoritlərindən hesab olunur.

Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirib. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 13-də çıxış ardıcıllığı müəyyən olunub. Təmsilçimiz Dijah "Skeletons” mahnısı ilə finalın birinci hissədə çıxış edəcək.

Qeyd edək ki, ikinci yarımfinal mayın 11-də, müsabiqənin final mərhələsi mayın 13-də keçiriləcək.

Sfera.az

//www.youtube.com/watch?v=wY1fN0R5vXY


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...