"Tarkanı, Sibel Canı burada 50 minlik aparatla oxutdura bilməzsiniz"

"Deyirlər ki, filan dünya ulduzu stadionda necə ifa etdi. Sizin xəbəriniz var o aparatların nə qədər qiyməti var? Bəlkə də 10-15 milyonadır. Onunla mənim nənəm də oxuyar. Pıçıldadırsan, ağzından elə bil not tökülür".
Sfera.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "İzzət şou"da qonaq olarkən deyib. İfaçı ölkədə isitfadə olunan səs aparatlarının keyfiyyətindən gileylənib:
"Azərbaycan müğənniləri doğrudan da güclü ifaçıdırlar. Çünki ən pis aparatla belə oxuyurlar. Amma siz Tarkanı bura gətirib onunla oxutdura bilməzsiniz. Oxuya bilməyəcək. Ya da Sibel Canı gətirib de ki, aparatımız 250 yox, 50 minlikdir. Deyəcək ki, oxumuram. Meladze, Puqaçova da həmçinin. Onların komandası əvvəlcədən gəlib yoxlayırlar. O aparatlarla hamı oxuyar.
Bu yaxınlarda rayonların birində idim. Vəziyyətə görə aparat elə idi, məcbur da etmək olmur, imkan odur. Məcbur oxudum. Sonda mənə dedi ki, "əjdahasan". Heç bir dünya ulduzu 2 saat toyda otura bilməz. Dəyər verin bizimkilərə. Bizim ən zəif ifaçımız onların ən yaxşı müğənnisindən güclüdür. Onun-bunun üçün ölməyin, bir az da bizim üçün. Arada bir "can" deyin".\\axsam.az
