Brilliant Dadaşovanın bacısı və qardaşı əməliyyat olunub

Brilliant Dadaşovanın bacısı və qardaşı əməliyyat olunub
Kateqoriya məlum deyil
T

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib.

Sfera.az xəbər verir ki, o, son bir ay ərzində həm bacısının, həm də qardaşının ürək əməliyyatı keçirdiyini açıqlayıb.

Brilliant Dadaşova paylaşımında yaxınlarının sağlamlığı üçün vaxtında addım atmağın vacibliyini vurğulayaraq, "Son bir ayda həm bacımı, həm də qardaşımı ürək əməliyyatı olmağa məcbur etdim. Əzizlərimizi yaşatmağa gecikməyək", - deyə bildirib.

Müğənninin bu sözləri sosial şəbəkə istifadəçiləri tərəfindən də maraqla qarşılanıb.

PAYLAŞ