Acun Ilıcalının taxdığı saatın qiyməti gündəm oldu

Türkiyənin tanınmış televiziya siması və iş adamı Acun Ilıcalının qatıldığı “YouTube” yayımında taxdığı lüks saat sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, yayımdan sonra istifadəçilər saatın modeli və dəyəri ilə maraqlanmağa başlayıblar. İddialara görə, Acun Ilıcalının qolundakı saatın qiyməti təxminən 3 milyon ABŞ dollarıdır. Bu məbləğ hazırkı məzənnə ilə hesablandıqda 139 milyon TL-dən çox, (təxminən 6 milyon 100 min) Azərbaycan manatı edir.
Lüks saat seqmentinə aid olduğu bildirilən modelin yüksək qiyməti izləyicilərin diqqətini çəkib. Sosial şəbəkələrdə saatla bağlı çoxsaylı paylaşımlar edilib və onun dəyəri qısa müddətdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Qeyd edək ki, saatın qiyməti ilə bağlı yayılan məlumatlar hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Mənsumə
