İkardini məhkəməyə verdilər - 8 milyon borcu var

İkardini məhkəməyə verdilər - 8 milyon borcu var
Kateqoriya məlum deyil
T

Argentinalı futbolçu Mauro İkardi kirayədə yaşadığı lüks villa ilə bağlı yaranan mübahisəyə görə məhkəməlik olub.

Sfera.az xəbər verir ki, məşhur hücumçu Göytürkdə yerləşən villanı illik müqavilənin başa çatmasına dörd ay qalmış tərk edib. Ev sahibi isə müqavilə şərtlərinə əsasən qalan dörd aylıq kirayə haqqının da ödənilməsini tələb edib.

İddialara görə, söhbət 168 min dollar (8 milyon türk lirəsi) məbləğində borcdan gedir.

Ev sahibi ödənişin həyata keçirilməməsi səbəbindən İkardi barəsində icra prosesi başladıb.

Futbolçunun icra qərarına etiraz etməsindən sonra ev sahibi bu dəfə etirazın ləğvi ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmənin iddianı icraata qəbul etdiyi və işə yaxın günlərdə baxılacağı bildirilir.

Qeyd edək ki, villanın illik kirayə haqqı 504 min dollar təşkil edib. İkardinin müqavilə müddəti başa çatmadan evi boşaltması tərəflər arasında hüquqi

mübahisəyə səbəb olub.\\azxeber.com

PAYLAŞ