Məşhur müğənni 2,5 milyon manat cərimələndi

Kateqoriya məlum deyil
T
Tanınmış türkiyəli sənətçi və xeyriyyəçi Haluk Levent 2025-ci ildə imzaladığı iki ədəd qanunsuz çeklə bağlı məhkəmə tərəfindən böyük məbləğdə pul cəzasına məhkum edilib.
Sfera.az xəbər verir ki, bankda qarşılığı olmadığı üçün icraya verilən çeklərin ümumi məbləğinin təxminən 70 milyon türk lirəsi (təxminən 2.5 milyon manat) olduğu bildirilib.
Maliyyə cinayəti ilə bağlı çıxarılan hökmdə, həmçinin Haluk Leventin bundan sonra çek imzalaması, tənzimləməsi və banklarda çek hesabı açması rəsmən qadağan edilib.\\modern.az
