Logo

Cennifer Lopezdən diqqətçəkən paylaşım

Cennifer Lopezdən diqqətçəkən paylaşım
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünyaca məşhur müğənni və aktrisa Jennifer Lopez Fransanın Kann şəhərində çəkilən yeni fotosu ilə sosial mediada geniş rezonans doğurub.

Sfera.az xəbər verir ki, Netflix-in çox danışılan romantik komediyası “Office Romance” ilə gündəmdə olan 56 yaşlı ulduz Kann Film Festivalı çərçivəsində səhnə öncəsi hazırlıq zamanı paylaşdığı görüntü ilə diqqət çəkib.

Lopez dərin V-yaxalı, daşlarla bəzədilmiş mini libasda kamera qarşısına keçib. Lakin izləyicilərin diqqətini daha çox onun geyimi deyil, makiyaj kreslosunda verdiyi cəsarətli poza cəlb edib. O, ayaqlarını geniş aralı vəziyyətdə kresloya söykənərək poz verib.

Şəkli paylaşan vizajist Priano isə fotoya “Əgər Kanndasan... sən cəsarətlisən...” şərhini yazıb. Qısa zamanda yayılan paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və minlərlə şərh toplayıb.

Mənsumə

Sfera.az

Cennifer Lopezdən diqqətçəkən paylaşım — foto 1
Cennifer Lopezdən diqqətçəkən paylaşım — foto 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR