Məşhurların 19 il əvvəlki hədiyyə söhbəti yenidən alovlandı

Müğənni Seda Sayan ilə Gülben Ergen arasında illər əvvəl verilən hədiyyələrlə bağlı zarafatlı dialoq sosial mediada yenidən gündəmə gəlib və geniş müzakirələrə səbəb olub. Sayanın “Kafa TV”də yayımlanan proqramında səsləndirdiyi fikirlərdən sonra iki məşhur arasında yumor dolu söz atışması diqqət çəkib.
Sfera.az xəbər verir ki, proqram zamanı Seda Sayan yaxın dostu Gülben Ergen barədə zarafat edərək onu “xəsislikdə” ittiham edib və Qız bürcü olduğu üçün heç nəyi asanlıqla əlindən çıxarmadığını deyib. Bu açıqlamadan sonra Gülben Ergenin cavabı gecikməyib.
Gülben Ergen sosial media paylaşımında Sayanın sözlərinə reaksiya verərək deyilənləri “şişirtmə” adlandırıb. O bildirib ki, əslində hədiyyə alan tərəf daha çox Sayan olub və 19 il əvvəl oğlu Atlasın doğumu zamanı ona qızıl hədiyyə verdiyini xatırladıb.
Ergen həmçinin zarafatla Sayanın son dövrlərdə alternativ və ənənəvi müalicə üsullarına marağını da qeyd edib.
Müzakirələrdən sonra Seda Sayan yenidən mövzuya qayıdaraq Gülben Ergendən illər əvvəl hədiyyə etdiyi, üzərində övladlarının adları yazılan qızıl bilərziklərin aqibətini soruşub və onların satılıb-satılmadığını sual edib.
Gülben Ergen isə buna cavab olaraq Sayanın sözlərini xatırladaraq, “Deməli, 19 ildir mənə heç nə almadığını etiraf edirsən?” deyə zarafatla qarşılıq verib.
İkilinin bu yumor dolu dialoqu sosial şəbəkələrdə istifadəçilər tərəfindən maraqla qarşılanıb və qısa zamanda gündəm mövzularından birinə çevrilib.
Mənsumə
