Norveç Şahzadəsinin oğlu dörd il həbs cəzasına məhkum edildi

Norveçin gələcək kraliçası Mette-Maritin oğlu Marius Borg Hoiby uzun müddətdir davam edən qalmaqaldan sonra dörd il həbs cəzasına məhkum edilib.
Sfera.az bildirir ki, Oslo məhkəməsi Şahzadənin 29 yaşlı böyük oğlunu iki qadına təcavüz maddəsi ilə təqsirli bilib.
Ümumilikdə, Marius təcavüz, məişət zorakılığı, təhdidlər, narkotik saxlama, yol hərəkəti qaydalarının pozulması və qurbanlara yaxınlaşmağın qadağan edilməsi daxil olmaqla təxminən 40 maddə üzrə ittiham edilib.
Lakin məhkəmə yalnız iki təcavüz maddəsi də daxil olmaqla bəzi ittihamları qüvvədə saxlayıb. Hər iki cinayət işində, cinayət törədildiyi zaman qadınların ruhi vəziyyətlərinə görə müqavimət göstərə bilmədiyi sübuta yetirilib (yuxuda və ya müəyyən maddələrin təsiri altında). Gələcək Norveç kralının ögey oğlu Haakon, kifayət qədər dəlil olmadığı üçün iki oxşar ittihamdan bəraət alıb.
Prokurorluq daha sərt cəza tələb edərək, yeddi il yeddi ay həbs cəzası istəyib. Mariusun özü ən ağır cinayətlərdə günahını inkar edərək, bir neçə ruhi xəstəlikdən əziyyət çəkdiyini və müalicə aldığını iddia edib.
Oslo Rayon Məhkəməsində baxılan bu iş müasir Norveç tarixində ən çox ictimailəşdirilən işlərdən birinə çevrilib. Qeyd edək ki, Borg, 2001-ci ildə kralın oğlu Şahzadə Haakonla evlənən Tac Şahzadəsi Mette-Maritin oğludur.
Anası Tac Şahzadəsi olsa da, Mariusun özünün heç bir kral titulu və ya rəsmi vəzifəsi yoxdur.
Aynil
