Məşhur müğənnidən duyğusal paylaşım: “Çox tənhayam”

Türk pop musiqisinin əfsanəvi simalarından olan Ajda Pekkan Ankarada baş tutan son konsertində pərəstişkarları ilə duyğusal anlar yaşayıb.
Sfera.az xəbər verir ki, sənətçi səhnədən izləyicilərinə müraciət edərək həm karyera yolunda üzləşdiyi çətinliklərdən, həm də şəxsi həyatı ilə bağlı hisslərindən danışıb.
Pərəstişkarlarına minnətdarlığını bildirən Ajda Pekkan uzun illərdir tənhalıq hissi ilə yaşadığını etiraf edib:
“Çox tənhayam... Burada olduğunuz üçün çox xoşbəxtəm. Şöhrət belədir. Nə qədər cazibədar görünsə də bütün bu işıqların altında insan özünü eyni dərəcədə tənha hiss edir”.
Məşhur ifaçı pərəstişkarlarının həyatında xüsusi yer tutduğunu vurğulayaraq bunları əlavə edib:
“Həyatda hər zaman ruh yoldaşınızı tapa bilmirsiniz. Amma siz mənim üçün çox dəyərlisiniz, həyatımın ayrılmaz hissəsinə çevrilmisiniz. Buna görə hər birinizə təşəkkür edirəm”.
Ajda Pekkanın səmimi etirafları konsert salonunda duyğusal anlar yaşadıb. Sənətçinin çıxışı pərəstişkarları tərəfindən alqışlarla qarşılanıb.
Mənsumə
