“Avroviziya 2026”nın finalı bu axşam keçiriləcək - Azərbaycan müsabiqə ilə erkən vidalaşdı

Bu axşam Avroviziya 2026 mahnı müsabiqəsinin böyük finalı Avstriyanın paytaxtı Vyanada baş tutacaq. Sfera.az xəbər verir ki, yarışmada qalib olmaq uğrunda 26 ölkənin təmsilçisi mübarizə aparacaq.
Sfera.az xəbər verir ki, final mərhələsində Danimarka, Almaniya, İsrail, Belçika, Albaniya, Yunanıstan, Ukrayna, Avstraliya, Serbiya, Malta, Çexiya, Bolqarıstan, Xorvatiya, Böyük Britaniya, Fransa, Moldova, Finlandiya, Polşa, Litva, İsveç, Kipr, İtaliya, Norveç, Rumıniya və Avstriya təmsilçiləri səhnəyə çıxacaqlar.
Qeyd edək ki, Azərbaycan müsabiqənin ötən gün keçirilən ikinci yarımfinal mərhələsində finala vəsiqə qazana bilməyib. Ölkəmizi təmsil edən JİVA JİVA “Just Go” mahnısı ilə çıxış etsə də, finala yüksələn iştirakçılar sırasında yer ala bilməyib.
Niyaz Hacıyev
Sfera.az
