“Əsl canavar idi” – Michael Jackson haqqında yeni seksual zorakılıq iddiaları

"Əsl canavar idi" – Michael Jackson haqqında yeni seksual zorakılıq iddiaları
Kateqoriya məlum deyil
T

Dünyaca məşhur pop ulduzu Maykl Cekson yenidən qalmaqallı ittihamlarla gündəmə gəlib. Müğənninin illərlə onu müdafiə edən yaxın dost ailəsinin üzvləri indi onu seksual zorakılıqda və psixoloji manipulyasiyada ittiham edirlər.

 

Sfera.az xəbər verir ki, bu barədə “60 Minutes Australia” proqramında yayımlanan reportajda məlumat verilib.
Kaskio ailəsinin üzvləri – Dominik, Eddi, Aldo və Mari-Nikol Kaskio bildiriblər ki, Maykl Cekson illər boyu onlara qarşı seksual xarakterli hərəkətlər edib və onları psixoloji nəzarət altında saxlayıb. Ailə hazırda müğənninin mirasını idarə edən şəxslərə qarşı məhkəmə iddiası qaldırıb.

 

Dominik Kaskio proqramda bildirib ki, dünya şöhrətli bir ulduzun dostluq təklif etməsi uşaqları manipulyasiyaya açıq vəziyyətə salır:
“Dünyanın ən böyük superulduzu sənin dostun olmaq istəyəndə, sən çox həssas və asan yönləndirilən olursan”.

 

Ailənin sözlərinə görə, Cekson 1980-ci illərdə onlarla yaxın münasibət qurub, bahalı hədiyyələr, səyahətlər və diqqətlə uşaqların etibarını qazanıb. Onlar müğənnini uzun müddət “mehriban əmi” kimi gördüklərini deyiblər.

 

Lakin indi Kaskio ailəsi iddia edir ki, bu münasibətlərin arxasında uzun illər davam edən zorakılıq və manipulyasiya dayanıb. Eddi Kaskio bildirib ki, ilk “öpüş” sonradan daha ağır seksual hərəkətlərə çevrilib.

 

Dominik isə Mayklın bunu xüsusi “oyunlar” və “ritual” kimi təqdim etdiyini iddia edib.
Ailənin üzvləri həmçinin bildiriblər ki, müğənni onları susdurmaq və nəzarətdə saxlamaq üçün qorxu hissindən istifadə edib. Onların sözlərinə görə, Cekson valideynlərə və polisə necə cavab verməli olduqlarını əvvəlcədən öyrədirmiş.

 

Mari-Nikol Kaskio isə şok iddia ilə çıxış edərək bildirib ki, ona azyaşlı olarkən “Xanax”, “Vicodin” kimi preparatlar verilib.
Kaskio ailəsi illərlə Maykl Ceksonu açıq şəkildə müdafiə etdiklərini, hətta əvvəlki ittihamları rədd etdiklərini də etiraf edib. Onların mövqeyi yalnız məşhur Leaving

 

Neverland sənədli filmi yayımlandıqdan sonra dəyişib.
Eddi Kaskio bildirib:

 

“Biz sanki onun əsgərləri olmaq üçün proqramlaşdırılmışdıq. Sonda canavar olan biz yox, o idi”.
Digər tərəfdən, Maykıl Cekson irsinin nümayəndələri bütün ittihamları rədd edərək bunların maliyyə məqsədli olduğunu açıqlayıblar. Hüquqşünaslar qeyd ediblər ki, Kaskio ailəsi onilliklər ərzində müğənnini müdafiə edib və əvvəllər belə ittihamlar səsləndirməyib.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ