Logo

Kenan Doğulu yanan villasını satışa çıxartdı

Kenan Doğulu yanan villasını satışa çıxartdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məşhur türk müğənnisi Kenan Doğulu Los-Ancelesdə yanğın nəticəsində ciddi zərər görən evini satmağa hazırlaşır.

Sfera.az xəbər verir ki, müğənni bu barədə Fatih Altaylının verilişində danışıb.

O bildirib ki, təxminən 2 milyon dollar dəyərində olan evi yanğın zamanı tamamilə yararsız hala düşüb:

“Los-Ancelesdəki evim külə dönüb. Onu satıb başqa yerdən yenisini almaq istəyirəm. Tamamilə yerlə bir olmuşdu”, – deyə o qeyd edib.

Doğulu yanğından sonra şəxsi əşyalarının böyük hissəsini itirdiyini də vurğulayıb:

“Milyonlarla dəyərində şəxsi əşyalarım yoxa çıxdı. Xatirələr, imzalı gitaralar, albomlar və studiya avadanlıqlarım vardı”.

Müğənni hadisənin emosional təsirindən danışaraq bunun böyük bir itki olduğunu, lakin ən önəmlisinin o dövrdə evdə olmamaları olduğunu bildirib:

“Çox kədərləndim, amma orada olmadığımıza sevinirəm. Bu, böyük bir travmadır, amma həll edilə bilməyəcək bir şey deyil”.

Mənsumə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR