Logo

Bakıda tamaşaçılara hörmətsizlik edən Çelikdən AÇIQLAMA – FOTO

Bakıda tamaşaçılara hörmətsizlik edən Çelikdən AÇIQLAMA – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şənbə günü Bakıda konsert verən türkiyəli müğənni Çelik onunla foto çəkdirmək istəyən tamaşaçıları itələməsi və ona verilən çiçəkləri qəbul etməməsinə aydınlıq gətirib.

Sfera.az xəbər verir ki, bu barədə o, “İnstagram” hesabında paylaşım edib.

Müğənni hədiyyə qəbul etməməklə bərabər foto çəkdirməyi də sevmədiyini bildirib.

“Məni sevən və izləyən hər kəs bilir ki, 40 ildir hədiyyə qəbul etmirəm və şəkil çəkdirməyi xoşlamıram. Mümkün qədər bundan qaçıram. Bunun müxtəlif səbəbləri var. Uşaqlığıma aid fotomun olmaması, o zaman fotoaparatın, foto çəkdirmək üçün geyimlərin olmaması məndə dərin iz buraxıb.

Digər səbəb isə odur ki, 58 yaşında biri olaraq uzun yol və hazırlıqlardan sonra səhnəyə çıxıb, bir çox müğənnidən fərqli olaraq 2 saat boyunca canlı ifa etmişəm. Bunun üçün də qan-tər içində oluram. Bu vəziyyətdə insanlara toxunmaqdan çəkinirəm” – deyə o qeyd edib.

Bakıda tamaşaçılara hörmətsizlik edən Çelikdən AÇIQLAMA – FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR