Logo

"Özünə hörmət elə, Zaur, şit..." - Xatirə sarımsaq yediyinə görə onu biabır edən Zauru yıxıb sürüdü - VİDEO

"Özünə hörmət elə, Zaur, şit..." - Xatirə sarımsaq yediyinə görə onu biabır edən Zauru yıxıb sürüdü - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Əslində bu verilişdə olanlar hamısı dostlarımızdır. Ona görə adam hərdən çörək kəsdiyi insana ürəkdən cavab verə bilmir. Mən də elə insanam ki, həm dostluq etməyi bacarıram, həm də düşmənçiliyi. Özü də yüksək səviyyədir. Bu günə qədər də heç kim mənimlə şit zarafat etməyib".

BiG.AZ xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam deyib. O sarımsaq yeyərək efirə çıxmasına görə aparıcı Zaur Kamalın onu ələ salmasına sərt reaksiya verib.

"Məni tanıyanlar bilir ki, mən necə insanam. Yerdə qalan ömrümü o insana həsr edərəm. Zaurda zarafatla bir şou elədi, mən də onu ciddiyə almadım. Çünki həm dostuq, həm də efir mədəniyyətini gözlədim. Zaurdan belə bir hərəkət gözləmirdim. Yəni susmağım buna görə olub. Verilişi tərk etməməyimin tək bir səbəbi var idi, o da Abbas Bağırov. Zaura reklam arası dedim ki, Abbas burda olmasa idi, verilişdən gedəcəkdim və o da güldü. Dedi, "Ay Xatirə zarafat etməyək?". 

Çox da əsəbiləşmədim. Şəxsiyyətimə, mənliyimə nə isə deyilməyib ki? Sarımsaqla bağlı söhbətin dərininə getmək bizə yaraşmaz axı? Nəyin söhbətinə gəlmisən, sarımsağın. Səhnədə, verilişə reytinq gəlsin deyə, bəzən olur ki, ən yaxın adamına da söz atırsan. Bunu da başa düşürəm və keçirəm. Biz çox görmüşük belə şeyləri. Sarımsaq yeyin, cana xeyirdi, mikrobları öldürür. Arada "Özünə hörmət elə" kinosuna bax, ay Zaur".

"Özünə hörmət elə, Zaur, şit..." - Xatirə sarımsaq yediyinə görə onu biabır edən Zauru yıxıb sürüdü - VİDEO

"Özünə hörmət elə, Zaur, şit..." - Xatirə sarımsaq yediyinə görə onu biabır edən Zauru yıxıb sürüdü - VİDEO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR