Zaurun "Xatirədən sarımsaq iyi gəlir" iradına məşhurlardan MÜNASİBƏT

Zaurun

Bir neçə gün öncə aparıcı Zaur Kamal "5/5" verilişinə dəvət etdiyi Xatirə İslamı pis vəziyyətə salıb. Aparıcı Xatirə İslama "Sarımsağı yeyib, efirə gəlib. Qoxusu məni boğdu. Efirə gələn sarımsaq yeyər? Qoxusu məni dəli edir" deyib.

Sfera.az  bildirir ki, teleqraf.com müğənnilərə "Zaur Kamalın canlı yayımda Xatirə İslama sarımsaq yediyi və qoxu gəldiyini deməsini necə  qarşılayırsınız?" sualı ilə müraciət edib.

Soğrunu təqdim edirik: 
 
Əməkdar artist Elza Seyidcahan: "Hər zaman insanların içində oluruq. Hərdən şoraba belə yeyəndə qoxu gəlməməsinə çalışırıq. Müxtəlif ədviyyatlarla qoxunun qarşısını alırıq, mixəklə və s. Sarımsaq yeyən insanın nəfəsindən bilmək olur.  İnsan sarımsağı yeyən zaman danışmır və yaxud da deyir ki, məni bağışlayın sarımsaq yemişəm. Efirdə Zaurun  Xatirəyə sarımsaq yemisən deməsi düzgün deyil. Hər halda biz əməkdaşıq. Efirdə 50 milyon insana onu demək lazım deyil. Hərdən insanlar bir-birini o qədər sevir ki, ərklə istədiyi sözü deyir. Yəni ki, ondan istifadə edirlər".


 
Müğənni Günay İbrahimli: "Hər kəsin özü bilər. Amma öncədən bilsəm ki, verilişə çıxacam, sarımsaq yemərəm. Elə anlar olur ki, ürəyin istəyir və bilmədən sarımsaq yeyirsən.  Bu normal haldır. Amma aparıcı o sözləri mənə desəydi, yerində cavabını verərdim. Hər kəs özünə görə insanıdr. Olmaz. Yeyib yeyib də...". 

 


 
Müğənni Aysel Əlizadə: "Zaur mənə desəydi, sarımsaq yeyib efirə gəlmisən, deyərdim ki, yaxşı eləmişəm. Amma Zaurla Xatirənin şəxsi mövzularına qarışa bilmərəm. Kim kiminlə necə danışır, münasibət saxlayır və s. mənlik deyil. Ümumiyyətlə, şəxsi münasibətlərə qarışmıram. Zaurdur da. Onda belə hallar olur.  Hərdən elə söz deyir ki, heç nə deyə bilmirsən, ya da efir qarşısında susmaq məcburiyyətində qalırsan. Amma Zauru dost və aparıcı kimi çox istəyirəm".(milli/az)


OXŞAR XƏBƏRLƏR

Əfqanıstanın Baş nazirinin müavini Füzulidə

Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qəni Baradar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonun...

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfər gəlib - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfərə g...

Fransa 170-dən çox reysi ləğv etdi

Fransada hava nəzarətçilərinin iki günlük tətili hava nəqliyyatında ciddi pozuntulara səbəb olub. “Ryanair” hava yolu şirkəti 170-dən çox reysin ləğ...

Ermənistan ŞƏT-ə üzv olmaq istəyir

Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq arzusunu ifadə edib.    Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazi...

Ən yüksək rütbəli Rusiya hərbiçisi öldürüldü

Rusiyanın Donanma Komandanının müavini, general-mayor Mixail Qudkov Ukrayna ilə döyüşlərin davam etdiyi Kursk bölgəsində həlak olub.   Sfera.az xəbə...

Prezident İlham Əliyev “Xankəndi” Biznes Mərkəzinin açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də "Xankəndi" Mehmanxana Kompleksinə aid olan "Xankəndi" Biznes Mərkəzinin açılı...