"Uzak şehir"ə vida edəcəklər - FOTO

"Uzak şehir"ə vida edəcəklər - FOTO
Kateqoriya məlum deyil
T

Reytinqlərdə ilk sıralarda yer alan “Uzak şehir” serialında izləyiciləri gözlənilməz hadisələr gözləyir. 


Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, layihədə Şahin obrazını canlandıran Alper Çankaya və Boran rolundakı Burç Kümbetoğlu mövsüm finalında öləcək və ekran işindən ayrılacaqlar.


Serialın pərəstişkarları üçün bu ayrılıq böyük sürpriz olacaq. Belə ki, hər iki obraz izləyicilər arasında populyar və sevgi ilə qarşılanan personajlardandır. Onların qəfil ölüm səhnələri izləyicilər tərəfindən geniş müzakirələrə səbəb olacaq.


Qeyd edək ki, “Uzak şehir” serialının baş rollarını Ozan Akbaba və Sinem Ünsal paylaşır. Proje həm dramatik süjeti, həm də maraqlı obrazları ilə reytinqlərdə ilk yerləri tutur.

 

Mənsumə
Sfera.az

PAYLAŞ