Azərbaycanlı aparıcı məscidin sökülməsinə etiraz edənləri CAHİL adlandırdı

Azərbaycanlı aparıcı məscidin sökülməsinə etiraz edənləri CAHİL adlandırdı
"Dünya bir addım qabağa gedir, bunlar isə 100 il arxaya... Həyatı oturub, ölümü düşünməklə keçirən insanlar görəsən nəyə görə yaşayırlar?”

BiG.AZ xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Günel Musəvi bir müddət öncə Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətə münasibət bildirirərkən deyib.

Aparıcı çox həssas olan din mövzusunda fikirlərini açıq-aşkar ifadə etməkdən, məscidin sökülməsinə etiraz edənləri dolayısı ilə cahil adlandırmaqdan çəkinməyib. 

Onun bu fikirləri sosial şəbəkələrdə etirazla qarşılanıb. Hətta həmkarları, sənət dostları onun bu sözlərinə qarşı çıxıblar.

Qeyd edək ki, aprelin 12-də Bakının "Sovetski” kimi tanınan ərazisində yerləşən Hacı Cavad məscidinin sökülməsi hadisəsi olmuşdu. Bir qrup insanın etirazından sonra sökülmə prosesi dayandırılmışdı.

Daha sonra isə prezident İlham Əliyev məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verdi.

Yeri gəlmişkən, məlumat üçün bildirək ki, Bakı şəhəri Yasamal rayonu Çingiz Mustafayev küçəsində yerləşən Hacı Cavad məscidi XIX əsrdə inşa olunub və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.



Azərbaycanlı aparıcı məscidin sökülməsinə etiraz edənləri CAHİL adlandırdı

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda müəllim öz şagirdi olan qızı qaçırdı

Yardımlıda yeniyetmə qız qaçırılıb.   Sfera.az Unikal-a istinadən xəbər verir ki, rayonda repetitorluq fəaliyyəti ilə məşğul olan müəllim öz şagirdi ...

İkinci əl Çin avtomobili alarkən bu nüanslara diqqət edilməlidir – VİDEO

  Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda ...

Yumoru güclü olan millətlər bəlli oldu - ADLAR

30 ölkədən 6000 nəfərin iştirak etdiyi beynəlxalq araşdırma çexlərin dünyada ən inkişaf etmiş yumor duyğusuna sahib olduğunu müəyyən edib.    Sf...

Narsist xüsusiyyətləri ilə seçilən 4 BÜRC - Özünü hər kəsdən üstün sayır

Bəzi bürclər xarakterlərinə görə özlərinə heyran olmaqla yanaşı, daim diqqət mərkəzində olmağı sevirlər. Onların bu xüsusiyyəti bəzən narsizm kimi qəbul edilir....

İmtahan nəticələri AÇIQLANDI

Məlum olduğu kimi, 2025-ci il 29 iyun tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahan...

Əli Əsədov qərar imzaladı

Nazirlər Kabineti 7 iyun 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Torpaqların texniki uçotunun aparılması Qaydaları”nda dəyişiklik edib. &nb...