Ronaldonun nişanlısına aldığı üzüyün qiyməti açıqlandı

Ronaldonun nişanlısına aldığı üzüyün qiyməti açıqlandı
Kateqoriya məlum deyil
T

Dünyaca məşhur futbolçu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodrigez sosial mediada paylaşılan nəhəng brilliant nişan üzüyü ilə gündəm yaradıb. 

 

Sfera.az xəbər verir ki, üzüyün qiymətinin təxminən 15 251 046 AZN olduğu iddia edilir.

 

Paylaşılan fotolarda üzüyün böyük karatlı oval kəsimli əsas daşı və ətrafındakı detalları ilə yüksək səviyyəli zərgərlik nümunəsi olduğu görünür. Beynəlxalq zərgərlər bildirir ki, belə üzükdə qiymət əsas daşın böyüklüyü və keyfiyyətindən asılıdır.

 

Ekspertlər nə deyir?

 

Oxşar dizayna malik və yüksək karatlı brilliant üzüklərin qiyməti daşın şəffaflığı, rəngi və sertifikatına görə milyonlarla dollara çata bilər. Xüsusilə 5 karat və daha böyük daşlarda qiymətlər sürətlə artır.

 

Sosial mediada geniş maraq

 

Lüks həyat tərzi ilə tez-tez gündəmə gələn cütlüyün paylaşımı qısa müddətdə milyonlarla baxış və şərh toplayıb. İzləyicilər üzüyün böyüklüyü və qiyməti barədə fikirlərini bölüşərkən, bəziləri rəqəmin şişirdilmiş ola biləcəyini də qeyd ediblər. 

 

Mənsumə
Sfera.az

PAYLAŞ