Hande Yener: "Sən qəlbimdə xüsusi qalacaqsan”

Hande Yener: "Sən qəlbimdə xüsusi qalacaqsan"
Kateqoriya məlum deyil
T

Məşhur türk müğənnisi Hande Yenerin prodüser Erol Kösenin vəfatı ilə bağlı paylaşımı diqqət çəkib.

 

Sfera.az xəbər verir ki, H.Yener sosial şəbəkədə etdiyi açıqlamada Köseyə “Sən qəlbimdə xüsusi qalacaqsan” sözlərini deyərək, onun xatirəsini yad edib. Müğənninin bu mesajı sənət dünyasında ən diqqətəlayiq paylaşım hesab edilib.

 

Qeyd edək ki, Erol Kösenin vəfatından sonra bəzi sənətçilər keçmişdə yaşadıqları problemləri yenidən gündəmə gətirib.

 

Müğənni Rober Hatemo illər əvvəl yaşadığı mübahisədən danışaraq 2004-cü ildə Alaçatıda sahibi olduğu torpaq sahəsini təxminən 100 milyon TL dəyərində Erol Köse səbəbindən itirdiyini bildirib. Müğənni və aktrisa Yeşim Salkım isə keçmiş çətinliklərdən söz açaraq həm özünün, həm də ətrafındakı bəzi sənətçilərin o dövrdə itkilər yaşadığını qeyd edib. İrem Derici isə bəzi ölümlərin ictimaiyyətdə daha böyük əks-səda yaratdığını vurğulayıb.

 

Göründüyü kimi, Erol Kösenin vəfatı yalnız Hande Yenerin səmimi paylaşımı ilə yox, həm də sənətçilərin keçmişdəki problemlərə dair açıqlamaları ilə sənət dünyasında geniş müzakirələrə səbəb olub. Köhnə mübahisələr yenidən gündəmə çıxaraq ictimaiyyətin diqqətini çəkib.

 

Mənsumə

Sfera.az

 

PAYLAŞ