Şöhrətdən əvvəlki həyatları təəccübləndirdi: Satıcı, həkim…

Şöhrətdən əvvəlki həyatları təəccübləndirdi: Satıcı, həkim...
Kateqoriya məlum deyil
T

Maqazin dünyasında parlaq həyatları və uğurları ilə diqqət çəkən məşhurların şöhrətə gedən yolu heç də hər zaman asan olmayıb. Bu gün milyonların tanıdığı məşhur simalar bir vaxtlar tamamilə fərqli sahələrdə çalışaraq həyatlarını qazanıblar. Onların uğur hekayələri əzmkarlıq, səbir və qətiyyətin önəmini bir daha göstərir.

 

Sfera.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin məşhur aktyoru Çağatay Ulusoy aktyorluqdan əvvəl lisenziyalı basketbolçu olub. 34 yaşlı sənətçinin ən böyük arzusu basketbol məşqçisi olmaq idi.

 

Müğənni Hadisə isə ilk qazancını Belçikanın paytaxtı Brüsseldə bir çörək sexində çalışaraq əldə edib.

 

15 uşaqlı ailənin ən kiçik övladı olan İzzet Yıldızhan gənclik illərində Adanada pambıq yığımı ilə məşğul olub.

 

Səhnələrin sevilən siması Ferhat Göçer isə sənət dünyasına gəlməzdən əvvəl fərqli peşə sahibi idi. O, əslində həkimdir.

 

Məşhur aktyor Barış Arduç aktyorluq karyerasına başlamazdan əvvəl xilasedici kimi çalışıb.

 

Pop musiqisinin tanınmış isimlərindən Serdar Ortaç ilk iş həyatına atasının peşəsini davam etdirərək metal və ya digər materiallardan müxtəlif hissələr hazırlayan peşəkar şəxs kimi başlayıb.

 

Müğənni və aparıcı Demet Akalın isə bir vaxtlar yerli qəzetdə müxbir kimi fəaliyyət göstərib.

 

Səhnə performansı ilə seçilən Hande Yener mağazada satıcı işlədiyi dönəmdə kəşf olunub. Onun istedadını görən şəxs isə məşhur sənətçi Hülya Avşar olub.

 

Türk musiqisinin əfsanəvi səsi İbrahim Tatlısəs iş həyatına qaraciyər kababı satıcısı kimi başlayıb. Daha sonra isə tikinti sahəsində çalışıb.

 

Fenomen və müğənni Reynmen şöhrət qazanmamışdan əvvəl bazar satıcısı kimi işləyib.

 

Müğənni Sibel Can isə sənət yoluna başlamazdan əvvəl dərzilik edib.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ