Daha bir serial ekranlara vida etdi - FOTO

Məşhur türk aktrisası Hülya Avşar “Aynı Yağmur Altında” serialının erkən finalından danışıb.
Sfera.az xəbər verir ki, Avşar serialda baş rolda oynayırdı və bu ekran əsəri cəmi 7 seriya çəkildi.
Avşar serialın “dəhşətli” olduğunu deyən həmkarı Hande Ataiziyə sərt cavab verib. Jurnalistlərin bu mövzu ilə bağlı suallarını cavablandıran Hülya Avşar Ataizinin sərt tənqidlərini belə şərh edib:
“Nə deyirsə desin. Bunu dedimi? Bilmirəm. Mən heç dinləmədim, həqiqətən də xəbərim yoxdur”.
Serialın erkən finalı ilə bağlı mətbuatda çıxan xəbərlərə də toxunan Avşar əlavə edib:
“Belə hal təkcə bu serialla bağlı deyil. Bir çox serial uğursuz olur. Amma sanki yalnız bizimki uğursuzmuş kimi danışılır”.
Aktrisa serialın sonlandırılmasının yalnız karyerası ilə əlaqədar olmadığını, daha çox texniki heyətə üzüldüyünü vurğulayıb:
“Seriallar çox əmək tələb edən layihələrdir, çoxlu insan onların üzərində işləyir. Onlara çox yazığım gəlir. Biz həmişə iş tapırıq, amma texniki heyət bizim qədər asanlıqla iş tapmır".
Xatırladaq ki, Avşar və Ataizi arasındakı gərginlik hələ də gündəmdə qalır və hər iki aktrisanın münasibətləri ilə bağlı müzakirələr davam edir.
Mənsumə
Sfera.az



