Türkiyəli məşhur cütlük boşanır? - AÇIQLAMA

Məşhur türk aktrisası Yıldız Çağrı Atiksoy ilə evli olan Berk Oktay uzun müddətdir gündəmdə olan boşanma şayiələrinə son qoyub.
Sfera.az xəbər verir ki, Berk Oktay daimi ayrılıq şayiələri ilə üzləşən bir zamanda Aslı Şafakın verilişində qonaq olub.
Verilişdə boşanma şayiələrinə münasibət bildirən Oktay həyat yoldaşı ilə bağlı hisslərini açıq şəkildə ifadə edib:
“Yıldız, mənim üçün ən böyük şansdır”.
Aktrisa ilə münasibətlərinə dair çıxan şayiələrə cavab verən Oktay bu barədə hər hansı bir narahatlıq hissi olmadığını bildirib.
Boşanma şayiələri ilə bağlı narazılığını ifadə edən Berk Oktay bunları deyib: “Çox ədalətsiz davranılıb. Məni əsəbiləşdirən, qəzəbləndirən çox şey olub. Sənə haqsızlıq edildikdə, insan çıxıb deyir:
"Bu, doğru deyil, qardaş!" Amma mən özümü saxlayıram çünki bilirəm ki, impulsiv hərəkətlər mənə zərər verəcək”.
Berk Oktay və Yıldız Çağrı Atiksoyun evlilikləri barədəki şayiələrə verdikləri bu cavab onların münasibətlərindəki güclü bağları bir daha ortaya qoymuş oldu.
Mənsumə
Sfera.az
